Məmmədyarov forumda bir sıra görüşlər keçirib

Məmmədyarov forumda bir sıra görüşlər keçirib
  05 May 2017    Oxunub:1382
Xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkini qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla FAO arasında qurulmuş əməkdaşlıq təqdir edilib və təşkilatın ölkəmizdə həyata keçirdiyi layihələr və onların nəticələri müzakirə edilib.Görüşdə, həmçinin, Bakı prosesinin əhəmiyyəti qeyd olundu və bu vacib platformanın davamı kimi keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər dünyada sülh və stabilliyə nail olmaq üçün dialoqun əhəmiyyətini və beynəlxalq təşkilatların rolunu xüsusi vurğulayıblar.



Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Etnik Anlaşma Fondunun prezidenti ravin Mark Şnayeri qəbul edib. Görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-İsrail münasibətlərinın hazırkı vəziyyəti, habelə ABŞ-dakı yəhudi icması ilə ölkəmiz arasında qurulmuş uğurlu əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mark Şnayer Azərbaycanda tarixən mövcud olan dini dözümlülüyü yüksək qiymətləndirib və yəhudilərin burada özlərini rahat və təhlükəsiz hiss etdiyini diqqətə çatdırıb. O, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqın təşviqində Azərbaycanın rolunu xüsusi vurğulayıb. Görüşdə, həmçinin, ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün icmalararası əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Eyni zamanda xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Nayrobi şəhərindəki bölməsinin baş direktoru Sahle Vork Zevdeninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və BMT arasında əlaqələrin inkişaf səviyyəsi, həmçinin BMT-nin ofisləri ilə əməkdaşlıq yüksək qiymətləndirildi.

Sahle Vork Zevde Mədəniyyətlərarası Dialoq üzrə IV Baku Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan Hökumətinə təşəkkürünü ifadə edərək, Forum çərçivəsində keçirilmiş görüşlərin Azərbaycanla BMT-nın Nayrobi ofisi arasında əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən etdiyini bildirdi.

O, həmçinin son illər ərzində Azərbaycanda ətraf mühit sahəsində görülmüş işlərin təqdirılayiq olduğunu qeyd edərək, BMT-in cari ilin dekabr ayında keçiriləcək Ətraf Mühit Assambleyasında Azərbaycanın iştirakının arzu edildiyini diqqətə çatdırdı.

Görüşdə həmçinin ümumilikdə Afrika qitəsinin Azərbaycan üçün yeni imkanlar vəd edən bir region olduğu və iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər olduğu qeyd edildi.

Tərəflər BMT-nin struktur islahatlar ilə yanaşı, qlobal məsələlər və çoxtərəfli diplomatiyanın əhəmiyyəti barəsində geniş fikir mübadiləsi apardı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Elmar-Məmmədyarov   Bakı-Forumu  





Xəbər lenti