Oqtay Əsədov ÜAK-la bağlı danışıqlar aparacaq

Oqtay Əsədov ÜAK-la bağlı danışıqlar aparacaq
  16 May 2017    Oxunub:1364
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvindən danışıb.
Spiker Milli Məclisin iclasında deyib ki, Rusiya Dövlət Dumasının sədri və Federasiya Şurasının sədri ilə bu məsələni müzakirə edəcək:

“Artıq məktublar hazırlamışıq və bizim Rusiya ilə İşçi qrupunun adından bu ölkənin müvafiq orqanlarına, o cümlədən Dumaya məktub ünvanlayırıq. Cavablarından asılı olaraq növbəti addımları atacağıq”.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyası Ali Məhkəməsi ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə qərar verib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   ÜAK  





Xəbər lenti