"Bəlkə dərslər 1 sentyabrda başlasın?!" - Nazirlik rəsmisi

"Bəlkə dərslər 1 sentyabrda başlasın?!" - Nazirlik rəsmisi
  24 May 2017    Oxunub:2469
Təhsil Nazirliyi mediada və sosial şəbəkələrdə tədris ilinin 1 sentyabrda başlayıb, 25 mayda bitməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov AzVision.az-a bildirib ki, iki il əvvəl Nazirlər Kabineti tədris ilinin iki həftə uzadılmasına dair qərar qəbul edib.

Nazirlik rəsmisi burada əsas məqsədin inkişaf etmiş ölkələrdən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri olan ölkəmizin (əvvəl 32 tədris həftəsi, indi 34 tədris həftəsi) tədris ili müddətində müəyyən ahəng yaratmaq olduğunu deyib:

"Çünki çox oxuyan, çox bilər. Baxmayaraq ki, biz tədris ilini iki həftə artırmışıq, göründüyü kimi hələ də inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik? Necə düşünürsünüz? Bu istiqamətdə müzakirələrə başlayaqmı? Adını da qoyaq, daha 2 həftə çox öyrənmək istəyirik".

Aytən Zəhra
AzVision.az




Teqlər: Təhsil-Nazirliyi   Dərs  





Xəbər lenti