Azərbaycanda sürüşmə təhlükəsi var

  31 May 2017    Oxunub : 2071
Azərbaycanda sürüşmə təhlükəsi var
Respublika ərazisində mühüm sürüşmə sahələrində vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Kijəbə sürüşmə sahəsinin dinamikasında, Deqədi – Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Nazirlik rəsmisi bildirib ki, Astarada Motlayataq və Miki sürüşmə sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.

Onun sözlərinə görə, Lerikdə Veri – Əliabad sürüşmə sahəsində mövcud çatların ölçülərində qismən artım olub: “Habelə, LənkəranLerik yolunun 27 - 29, 45-47-ci km-liyi sürüşmə sahələrində uçqun - sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib. Lənkəran - Lerik yolunun 17 – 19 –cu km-liyi sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik, bəzi lokal sahələrdə uçqun prosesi müşahidə olunub. Lənkəranda Horavenç və Gəgiran sürüşmə sahələrində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi yaranıb. Masallıda Güllütəpə sürüşmə sahəsində nisbi aktivlik, Zuvand sürüşmə sahəsində isə mövsümi atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb. Cəlilabadda Sadatlı sürüşmə sahəsində də aktivlik müşahidə olunub. Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci km-də və Çinar sürüşmə sahələri aktivləşib”.

Mingəçevirdə Gəmi buxtası sürüşmə sahəsində prosesin dinamikasında aktivlik qeydə alınmadığını diqqətə çatdıran ekspedisiya rəisi Gədəbəydə Şahdağ, Pirdağ və Arıqıran sürüşmə sahələrində nisbi aktivlik qeydə alındığını vurğulayıb: “Daşkəsəndə Alunitdağ sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik baş verib. Xızı – Altıağac avtomobil yolunun 1-ci km-liyi sürüşmə sahəsində mövsümi atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb, bir neçə yerdə yerin lokal sahədə çökməsi müşahidə olunub. Siyəzəndə Sədan sürüşmə sahəsində də aktivləşmə qeydə alınıb.
Şabranda Baş Əmirxanlı, Surra və Qazbabalı sürüşmə sahələri aktivləşib. Quba – Xınalıq avtomobil yolunun 37 – 46-cı km-də sürüşmə sahəsində müşahidə reperlərinin üzərində aparılmış müşahidələrə əsasən prosesin aktivləşdiyi bildirilir. Quba - Qonaqkənd avtomobil yolunun 37 – 40-cı km-də sürüşmə sahəsi müşahidələr zamanı ərazidə nisbi aktivlik müşahidə olunub, yol boyu bir neçə yerdə uçqun prosesi əmələ gəlib”.

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri 48 – A məhəlləsində mövcud sürüşmə sahəsinin dinamikasında və parametrlərində ciddi artım qeydə alınıb: “BakıŞamaxı avtomobil yolunun 106 – 111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü axma tipli sürüşmə hadisəsi, BakıAğsu magistral avtomobil yolunun 132 – 156 –cı km-də sürüşmə sahəsində sürüşmə prosesi aktivləşib və nəticədə uçqun – töküntü hadisələri baş verib. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxının Mədrəsə, Meysəri, Saqiyan, Qaravəlli, Muğanlı, Çuxuryurd – Qızmeydan avtomobil yolu sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb. Muğanlı – İsmayıllı avtomobil yolunun 2 – 11, 23 – 24, 27 – 29-cu km-liyində sürüşmə sahələri aktivləşib”.

AzVision.az

Teqlər: Sürüşmə   Təhlükə