ADU Slavyan Universiteti ilə birləşdirilməyəcək - RƏSMİ

ADU Slavyan Universiteti ilə birləşdirilməyəcək - RƏSMİ
  02 İyun 2017    Oxunub:6348
Sosial şəbəkələrdə Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin birləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirilib.
Bu iddialar Kamal Abdullanın ADU-ya yeni rektor təyin olunması ilə izah edilir. Bildirilir ki, iki ali təhsil ocağı birləşdiriləcək və yaradılacaq yeni universitetə Kamal Abdulla rəhbərlik edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu məsələyə aydınlıq gətirib. Nazirlik rəsmisi AzVision.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan fikirlər yanlışdır.

“Bu fikir absurddur və heç bir əsası yoxdur. Bildirmək istərdim ki, yayılan məlumatlar doğru deyil”.

Qeyd edək ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib. K.Abdulla multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, daha əvvəl isə SDU-nun rektoru işləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   ADU   SDU  





Xəbər lenti