"ABAD"-ın daha bir qəhrəmanı - Video

"ABAD"-ın daha bir qəhrəmanı - Video
  04 İyul 2017    Oxunub:2122
“ABAD” layihəsi çərçivəsində dəstəklənən kənd təsərrüfatı sahələrindən biri də arıçılıqdır. Nəcib bir istehsal sahəsi hesab olunan arıçılığa dəstək “ABAD”ın prioritet fəaliyyət istiqamətlərindən biridir.
Ailə biznesinə asan dəstək konsepsiyasına müraciət etmiş arıçılardan biri Masallı rayonu Sərçuvar kənd sakini Yolbəyi Məhərrəmovdur. Uşaq yaşlarından dayısının böyük arıçılıq təsərrüfatında çalışan Yolbəyi Məhərrəmov ilk təcrübəsini məhz o zaman qazanıb. Bu işin arı ailələlərinə qulluq, arıların müalicəsi kimi əsas sirrlərini də məhz dayısı ona öyrədib.

Yolbəyi Məhərrəmov zaman keçdikcə fərdi arıçı olmaq qərarına gəlir və bu işdə ilk dəstəyi öz ustadından – dayısından alır. Dayısının ona verdiyi 2 arı ailəsi ilə fəaliyyətə başlayan Yolbəyi Məhərrəmov bu gün arı ailələrinin sayını da 150-yə çatdırıb.

Yolbəyi Məhərrəmov hazırladığı cökə, akasiya və çiçək balının öz ailə brendi altında təqdim olunması, satış bazarının genişləndirilməsi üçün “ABAD”a müraciət edib.

“ABAD” dizayn və brendinqlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq, Məhərrəmovların ailə təsərrüfatı üçün “Çiçəkli” bal brendini təklif edib və bu ad ailə tərəfindən müsbət qarşılanıb.

Tədarük etdiyi balın yüksək keyfiyyətini daim vurğulayan Yolbəyi Məhərrəmovun məhsulu həmçinin “ABAD”ın dəstəyi sayəsində müvafiq gigiyena və uyğunluq sertifikatları alıb.



AzVision.az





Teqlər: ASAN-Xidmət   ABAD  





Xəbər lenti