Oğuzda 3 nəfərin öldüyü qəzanın görüntüləri - VİDEO

Oğuzda 3 nəfərin öldüyü qəzanın görüntüləri - VİDEO
  22 Avqust 2017    Oxunub:2537
Dünən Oğuzda baş verən ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Hadisə avqustun 20-i Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayonu Aşağı Göynük kənd sakini, 46 yaşlı Vəlyəddin Hünmətovun idarəetdiyi “Mersedes”lə Oğuz rayonu Kərimli kənd sakini 27 yaşlı Cəmil Abdullayevin idarəetdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub. Sərnişinlərdən biri Qəbələ rayon sakini Müzəffər Fətəliyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər isə Oğuz MRX-a aparılıblar.

Yaralılar - Bakı şəhər sakinləri olan 53 yaşlı Məhsuma Kahraman, onun 12 yaşlı övladı Murad Kahraman, “Volkswagen Passat”ın sürücüsü Cəmil Abdullayev, onun anası 57 yaşlı Sədaqət Abdullayeva, “Mersedes”in sürücüsü Vəlyəddin Hünmətov və Şəkinin Şin kəndindən 54 yaşlı Şükür Ağamirzəyev Şəki MRX-a göndəriliblər

Vəlyəddin Hünmətov və Şükür Ağamirzəyev xəstəxanaya daxil olduqdan bir qədər sonra aldıqları ağır bədən xəsarətlərindən ölüblər.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. (ARB TV)



AzVision.az


Teqlər: Oğuz   Qəza  





Xəbər lenti