Cibgir iş başında tutuldu

  23 Avqust 2017    Oxunub : 782
Cibgir iş başında tutuldu
Sabunçu rayonu ərazisində sərnişin avtobusunda rayon sakininin cibindən pul oğurlamağa cəhd göstərmiş E.Namazov zərərçəkən şəxs tərəfindən saxlanılıb.
Daxili İşlər Nairliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, xətt avtobusunda qəsəbə sakini İsa Hüseynovun cibindən 550 manat pulu oğurlamağa cəhd göstərmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Namazov zərərçəkən şəxs tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib.

AzVision.az

Teqlər: DİN   Cibgir