Üç piyadanı vuran sürücü həbs edildi
![Üç piyadanı vuran sürücü həbs edildi Üç piyadanı vuran sürücü həbs edildi](https://azvision.az/photos/24251085_1503657804.jpg)
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilməklə sxem tərtib olunub, fotoşəkillər çəkilib, məhkəmə tibbi, kompleks məhkəmə-trassoloji və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilib, şahidlərin və sürücünün ifadəsi alınıb, hadisənin baş vermə şəraitini özündə əks etdirən videogörüntülər əldə olunaraq cinayət işinə əlavə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
N.Nərimanlı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: Baş-Prokurorluq DİN