“Əli Kərimli özünü mənə oxşada bilər” – Stilist Samiraldo
![“Əli Kərimli özünü mənə oxşada bilər” – Stilist Samiraldo “Əli Kərimli özünü mənə oxşada bilər” – Stilist Samiraldo](https://azvision.az/photos/elisamiraldo_1503658273.jpg)
Əli Kərimli-Samiraldo bənzətməsi sosial şəbəkələrdə fərqli müzakirələrə yol açıb. Adı siyasi qalmaqalda çəkilən tanınmış stilist əməkdaşımıza Əli Kərimlini tanımadığını, belə bir siyasətçinin varlığından xəbərsiz olduğunu deyib.
“Əli Kərimli kimdir? Təzə çıxıb? Nə işlə məşğul olur, bilmirəm. Şou-biznesdə olsaydı, tanıyardım. Müxalifətdən heç kimi tanımıram. Ümumiyyətlə, maraqlanmıram. Yəqin bu səbəbdən Əli Kərimlini tanımıram. Amma, o, istəyirsə özünü Samiraldoya oxşada bilər. Seçim onundur, mənim nəyimə lazımdır. İnsan insana oxşaya bilər. Deyə bilmərəm ki, özünü mənə oxşatma. İstəyirsə, buyursun, problem yoxdur. Təki mən ona oxşamayım”.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Əli-Kərimli Samiraldo