Tovuzda iki uşağı maşın vurub öldürdü

Tovuzda iki uşağı maşın vurub öldürdü
  26 Avqust 2017    Oxunub:3074
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. “VAZ” markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər: Tovuz   Uşaq   Qəza  





Xəbər lenti