Gədəbəydə sərxoş sürücülərin şousu - VİDEO
![Gədəbəydə sərxoş sürücülərin şousu - VİDEO Gədəbəydə sərxoş sürücülərin şousu - VİDEO](https://azvision.az/photos/dyp-masin_1503691564.jpg)
Xəbərdə deyilir ki, yay mövsümündə avtomobillərin intensivliyi müşahidə olunan Gədəbəydə sərxoş sürücülərin çoxluğu Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının diqqətindən yayınmayıb.
Çox təəssüf ki, bu dəfə də özlərinin və digər şəxslərin həyatını təhlükə altına atan “sürücülərə” rast gəlinib. Sürücülk vəsiqəsi olmadan avtomobili idarə edən bəzi maşın sahibləri polisə müqavimət göstərməkdən belə çəkinməyib. Amma Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Yol polisi qaydaları pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, avtomobili sənədsiz idarə edən və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı tədbirləri davam etdirir. (ARB TV)
AzVision.az