Quba sakini 48 yaşında tələbə oldu - VİDEO
![Quba sakini 48 yaşında tələbə oldu - VİDEO Quba sakini 48 yaşında tələbə oldu - VİDEO](https://azvision.az/photos/48yasl-telebe_1503727220.png)
AzVision.az "Xəzər xəbər"ə istinadən bildirir ki, söhbət Qubanın Əsparəsti kənd sakini, 48 yaşlı Əfsəl Qazıyevdən gedir. O, repitetor yanına belə getmədən universitetə qəbul ola bilib. Özü də uşaqlıqdan arzusunda olduğu təhsil ocağına və arzuladığı ixtissasa daxil olub.
Əfsəl Qazıyevin böyük oğlu hərbi xidmətdədir. İmtahana isə 10-ci sinifdə oxuyan qızı Sarıköynəklə birgə evdə hazırlaşıb. Atası bilmədiklərini qızından soruşub, qızı isə atasından.
Ali məktəbə hazırlaşdığını isə qızından başqa heç kəsə deməyib.
Əfsəl Qazıyevin 48 yaşında tələb olmasına ailə üzvləri ilə yanaşı, qeydiyyatdan keçdiyi ali məktəbin müəllimləri də seviniblər.
Əfəsl Qazıyevin seçdiyi ixtisas yalnız dövlət sifarişlidir. Bu ixtisasda oxuyan tələbələr təhsil haqqından azad edilməklə yanaşı, aylıq təqaüdlə də təmin olunurlar. Əfsəl Qazıyev universitetin tələbə evində yaşayış yeri ilə də təmin olunub.
AzVision.az
Teqlər: Quba