Bakıda transformator yanıb

Bakıda transformator yanıb
  26 Avqust 2017    Oxunub:1369
Paytaxtın Xətai rayonunda transformatorda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, gücü 220 kVt olan transformatorun çıxış kabelləri 8 p.m və sahibi məlum olmayan tikilinin içərisində 8 kv.m sahədə məişət tullantıları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti