Şəkidə fermalardan birindən 60 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 17-də rayon ərazisindəki fermalardan birindən 60 baş qoyun oğurlamaqda şübhəli bilinən, orada çoban işləyən Vüqar İdrisov tutulub.