Səhiyyə Nazirliyi: Partlayışda 6 nəfər yaralanıb

Səhiyyə Nazirliyi: Partlayışda 6 nəfər yaralanıb
  27 Avqust 2017    Oxunub:15169
Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən partlayış zamanı 6 nəfər yaralanıb.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alan şəxslər Siyəzən Diaqnostika Mərkəzinə aparılıb.

Nazirlik rəsmisi yaralıların kimliyinin hələ müəyyən edilmədiyini bildirib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər: Hərbi-hissə   Partlayış   Səhiyyə-Nazirliyi  





Xəbər lenti