FHN silah anbarındakı partlayışla bağlı məlumat yaydı - Yenilənib
![FHN silah anbarındakı partlayışla bağlı məlumat yaydı - Yenilənib FHN silah anbarındakı partlayışla bağlı məlumat yaydı - Yenilənib](https://azvision.az/photos/fhn_1503827194.jpg)
Yanğın baş verən ərazidə partlayışlar müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin (Xızı, Siyəzən, Şabran, Xaçmaz RDYMH-lərinin, Sumqayıt DYMİ-nin, Bakı Qarnizonunun), Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvələri və müvafiq texnikaları cəlb edilib.
Partlayaraq ətraf ərazilərə düşən sursatların yaratdığı yanğın ocaqları DYMX-nin yanğınsöndürənləri tərəfindən dərhal söndürülür.
Yanğın nəticəsində partayan sursatların təhlükə yarada biləcəyi ərazilərdən əhalinin təxliyə edilməsi istiqamətində digər icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirilir.
Təxliyə edilən əhalinin müvəqqəti yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatının təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsiz ərazidə çadır şəhərciyi yaradılır.
Əlavə məlumat veriləcək.
***
(13:46)
Fövqəladə Hallar Nazirliyi (FHN) hərbi hissənin silah anbarında baş verən yanğın və partlayışla əlaqədər son vəziyyəti açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov AzVision.az-a bildirib ki, hadisə yerinə 12 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
"Əməkdaşlarımız qərargahda insanların təxliyə olunmasında iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün lazımı işlər görülür. Hadisə ilə bağlı son məlumatlar bundan ibarətdir. Əlavə məlumat veriləcək".
Anar Kəlbiyev
AzVision.az