Suraxanıda yanğın olub

Suraxanıda yanğın olub
  27 Avqust 2017    Oxunub:1215
Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, bitişik ümumi sahəsi 4 m2 olan hamam otağının lambirindən ibarət tavanı 4 m2 sahədə və həyətyanı sahədə 300 m2 sahədə quru ot yanıb.

Evin və hamam otağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti