Gəncə sakini arvadını və qayınanasını döyüb

Gəncə sakini arvadını və qayınanasını döyüb
  28 Avqust 2017    Oxunub:987
Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Babayev evində münaqişə zəminində arvadı Zülaləni və qayınanası Mətanət Həsənovanı döyüb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daha sonra Elşad Babayev evinin qarşısında dayanmış – Tərtər rayon sakini Nizami Əliyevə məxsus “Ford” markalı avtomobilin ön hissəsini əzib, sonradan həmin nəqliyyat vasitəsini qaçıraraq Sadıllı qəsəbəsi ərazisində saxlayıb gedib.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev tutulub və onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

AzVision.az



Teqlər: Gəncə  





Xəbər lenti