11 evdən oğurluq edən şəxslər tutulub

11 evdən oğurluq edən şəxslər tutulub
  28 Avqust 2017    Oxunub:1620
Sumqayıt şəhəri ərazisində 11 evdən elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri, velosiped, məişət əşyaları, su və elektrik sayğacları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 20-də cari il avqustun 22-dək olan müddətdə şəhər ərazisində 11 evdən elektrik naqili, inşaat materialları, təmir-tikinti alətləri, velosiped, məişət əşyaları, su və elektrik sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Fərid Baxşəliyev və Vüsal Məmmədov tutulub.

AzVision.az


Teqlər: Sumqayıt   DİN  





Xəbər lenti