Bərdə və Cəlilabadda narkotik əməliyyatı

Bərdə və Cəlilabadda narkotik əməliyyatı
  29 Avqust 2017    Oxunub:1346
Bərdədə və Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkarlanıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyevdən 19 kiloqram 705 qram tiryək götürülüb.

AzVision.az




Teqlər: DİN   Narkotik  





Xəbər lenti