Oğurluq edən keçmiş məhkum tutuldu

Oğurluq edən keçmiş məhkum tutuldu
  29 Avqust 2017    Oxunub:1248
Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 19-da rayon ərazisindəki evlərdən birindən 3038 manat, 800 ABŞ dolları və 30 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov tutulub.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti