Xadimə işlədiyi evdən oğurluq edib

Xadimə işlədiyi evdən oğurluq edib
  29 Avqust 2017    Oxunub:1486
Binəqədi rayonunun M.Cəlal küçəsindəki evlərdən birindən pul oğurlamaqda şübhəli bilinən İ.Əliyeva tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən Bakı şəhər sakini İlhamə Əliyeva saxlanılıb.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti