Abşeron və Biləsuvarda ev yanıb

Abşeron və Biləsuvarda ev yanıb
  29 Avqust 2017    Oxunub:1615
Biləsuvarın Aşağı Cürəli kəndində ümumi sahəsi 150 kv.m evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, ikimərtəbəli 8 otaqlı evin çardağı 50 kv.m sahədə və 1-ci mərtəbəsinə yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Anoloji hadisə Abşeron rayonunda da baş verib. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 20 kv.m olan otağında 8 kv.m sahədə ev əşyaları və 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti