Dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb

Dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb
  30 Avqust 2017    Oxunub:1518
Mingəçevir şəhərində ehtiyatsızlıq nəticəsində dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb.
AzVision.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 16, mənzil 57-də baş verib.

2015-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Şərifov Murad Məhəmməd oğlu qonaq gəldikləri beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki evin eyvanından yerə yıxılıb. Yaralı körpə dərhal həmin binanın önündə yerləşən şəhər xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı bir sıra sınıqlar aşkar olunub. Tibbi yardım alan iki yaşlı körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Əldə olunan məlumata görə, uşağın həyatı üçün heç bir təhlükə yoxdur. Şahidlər Murad Şərifovun yerə pəncərə torunun üzərində düşdüyünü, bu səbəbdən də ölümcül xəsarət almadığını bildiriblər.

AzVision.az


Teqlər: Bina   Mingəçevir   Körpə  





Xəbər lenti