Daha iki parkda "Wi-Fi" pulsuzdur

Daha iki parkda "Wi-Fi" pulsuzdur
  30 Avqust 2017    Oxunub:1971
Səməd Vurğun və Muğan bağlarında pulsuz internet xidməti istifadəyə verilib.
AzVision.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən reallaşdırılan “İctimai internet” layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib. Belə ki, bu gündən etibarən Səməd Vurğun və Muğan bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.

Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, İçərişəhər, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

AzVision.az


Teqlər: İnternet  





Xəbər lenti