Astarada 2 uşaq atasının faciəvi ölümü - VİDEO

Astarada 2 uşaq atasının faciəvi ölümü - VİDEO
  31 Avqust 2017    Oxunub:4826
Astara rayonunda 2 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektriyin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Ağır xəsarət alan Anar Mürşüdov dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb. (ARB TV)



AzVision.az



Teqlər: Astara  





Xəbər lenti