Oğurluğa görə tutuldu, başqa cinayətləri üzə çıxdı

Oğurluğa görə tutuldu, başqa cinayətləri üzə çıxdı
  31 Avqust 2017    Oxunub:1275
Bakıda oğurluğa görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 avtomobildən və 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Oğurluq   DİN  





Xəbər lenti