Qatarın altında qalan qadınla bağlı yeni faktlar
Bu gün isə P.İsmayılova ata evində qardaşının ad günü mərasimi keçirilərkən süfrəyə qoyulması üçün bəzi meyvə şirələri alınmalı olub. Anası bunun üçün onu mağazaya göndərib. Onun dəmir yolu reysinin üzərindən keçmək istəyərkən ehtiyatsız davrandığı və hərəkətdə olan yük qatarı tərəfindən vurulduğu ehtimal edilir. Bu baxımdan P.İsmayılovanın iki il əvvəl boşandığı həyat yoldaşına görə özünü qatarın altına atması həqiqətə uyğun deyil.
Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı yaxınların və hadisə şahidlərinin ifadələri alınır və istintaq aparılır.
Qeyd edək ki, P.İsmayılova ağır bədən xəsarətləri alıb və hazırda Gəncə şəhərindəki xəstəxanalardə birində müalicə olunur.
AzVision.az