Qəbələdə meşə yanğını hələ söndürülməyib

Qəbələdə meşə yanğını hələ söndürülməyib
  01 Sentyabr 2017    Oxunub:4590
Qəbələ rayonunda meşə yanğınları davam edir.
AzVision.az xəbər verir ki, Qəbələ rayonu ərazisində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər: FHN   Qəbələ   Meşə   Yanğın  





Xəbər lenti