Gəncədə ər arvadının qulağını kəsib

Gəncədə ər arvadının qulağını kəsib
  02 Sentyabr 2017    Oxunub:1590
Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
AzVision.az xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Şəhər sakini 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlu həyat yoldaşı 1975-ci il təvəllüdlü Fərqanə Bayramovanı biçaqlayıb. Qadın döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri alıb.

Eyni zamanda mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan ərin qaynatası Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlunu qolundan bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti kafidir. Artıq həyat yoldaşını bçaqlayan Aslanov Mübariz həbs edilib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Gəncə   bıçaqlanma  





Xəbər lenti