Yanğınla bağlı nazirlik fövqəladə iş rejiminə keçib - Yenilənib

Yanğınla bağlı nazirlik fövqəladə iş rejiminə keçib - Yenilənib
  02 Sentyabr 2017    Oxunub:2813
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata əsasən, yanğının söndürülməsi üçün nazirliyin bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Eyni zamanda, nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.


**

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ərazisindəki Bum meşəbəyliyinin 2 saylı dolayında yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, yüksək dağlıq ərazidə baş vermiş yanğının havanın isti və küləkli olması səbəbindən söndürülməsində çətinliklər yaranıb. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin ətraf rayonlarının yerli qurumlarının əməkdaşları yüksək dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün ciddi səy göstərirlər.

Əraziyə helikopterlər cəlb olunub. Hazırda yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür. Yanğın 1,5 hektar ərazini əhatə edir.

AzVision.az




Teqlər: yanğın   FHN  





Xəbər lenti