DYP piyadaları 1,6 milyon cərimələyib
![DYP piyadaları 1,6 milyon cərimələyib DYP piyadaları 1,6 milyon cərimələyib](https://azvision.az/photos/18034625728_1504343518.jpg)
Nəticədə 80 min 187 piyada “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsinin tələbini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq tərtib edilən protokol əsasında 20 manat cərimə edilib.
V.Əsədov deyib: “Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürülüb. Polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Məqsəd yol hərəkətində piyadaların vurulması faktlarının aşağı salınması və bütövlükdə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdr. Bu gün də tədbirlər davam etdirilir. Piyadalar da sürücülər kimi, işıqforun siqnallarına uyğun hərəkət etməlidirlər”.(AzərTac)
AzVision.az