Qəbələdə meşə yanğını davam edir

Qəbələdə meşə yanğını davam edir
  02 Sentyabr 2017    Oxunub:3739
Qəbələ rayonu Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 28-dən Qəbələ rayonunun Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyyət (46 nəfər Bakı qarnizonu şəxsi heyyəti), 4 ədəd yanğınsöndürmə avtomobili, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyyət, 4 ədəd texnika, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyyət, 4 ədəd texnika, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürməsi işlərinə cəlb olunub. Eyni zamanda Rayon İcra Hakimiyyətinin və Meşə təsərüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi və 13 ədəd müxtəlif təyyinatlı texnikası cəlb olunub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hazırda hadisə rayonundadır. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçerilir.

AzVision.az


Teqlər: FHN   Qəbələ   Yanğın  





Xəbər lenti