Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən yeniyetmə tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Bakı şəhər sakini Elşən Hüseynovun “Niva” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri Fikrət Heybətli və bir yeniyetmə saxlanılıblar.