Təxribat: Ermənilər Araz çayını zəhərləyir (VİDEO)
![Təxribat: Ermənilər Araz çayını zəhərləyir (VİDEO) Təxribat: Ermənilər Araz çayını zəhərləyir (VİDEO)](https://azvision.az/photos/59aac242b94f1_bakiq_1504380119.png)
Görüntülər Araz çayının cənub sahillərində qeydə alınıb. Balıqların kütləvi zəhərlənməsinə səbəb isə ermənilərin növbəti təxribatıdır. Onlar suya zəhərli maddələr qatıb, Araz çayını çirkələndiriblər.
Videogörüntünü Cənubi azərbaycanlı bir soydaşımız Qarabağın Cəbrayıl rayonu, Xudafərin kəndi yaxınlığındakı "Xudafərin" su bəndinin ağaşı hissəsində çəkib.
Videodan yaranmış dəhşətli mənzərə aydın görünür.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövqeyini öyrəndik. Nazirliyin əməkdaşı İsmayıl Yunusovun sözlərinə görə, bu halın baş verməsinə səbəb ermənilərin növbəti pis əməlləridir.
İsmayıl Yunusov deyib ki, belə bir vəziyyət hazırda bizim tərəfdə müşahidə edilmir, amma təhlükənin olduğu qaçılmazdır. Odur ki, baş verə biləcək təhlükənin qarşısını almaq üçün nazirlik mütəmadi olaraq manitorinqlər keçirir.
AzVision.az
Teqlər: Təxribat