Bakıda sərnişin avtobus sürücüsünü boğdu - VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü boğdu - VİDEO
  04 Sentyabr 2017    Oxunub:2785
Bakıda sürücü və sərnişinlər arasında növbəti insident baş verib.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, hadisə 96 saylı marşrut avtobusda qeydə alınıb.

İnsident sürücünün nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamaqdan imtina etməsindən sonra baş verib. Avtobusu dayanacaqdan kənarda saxlamağa məcbur edən sərnişin nəqliyyat vasitəsi hərəkətdə ikən sürücünü sükan arxasında boğmağa cəhd edib. Sürücü avtobusu saxladıqdan sonra sərnişin onu söyərək maşından düşüb.



AzVision.az



Teqlər: Bakı   Sərnişin   Sürücü   Avtobus  





Xəbər lenti