Samuxda qız qaçıran şəxslərin maşını kanala düşüb
![Samuxda qız qaçıran şəxslərin maşını kanala düşüb Samuxda qız qaçıran şəxslərin maşını kanala düşüb](https://azvision.az/photos/su1501648771_1504469099.jpg)
Qız qaçıran şəxslər “VAZ-2107” markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az