Azərbaycanın ən gənc tələbəsi: "Qalmağa yerim yoxdur"
![Azərbaycanın ən gənc tələbəsi: "Qalmağa yerim yoxdur" Azərbaycanın ən gənc tələbəsi: "Qalmağa yerim yoxdur"](https://azvision.az/photos/15yasli-telebe_1504598394.jpg)
2002-ci ilin dekabrın 5-də anadan olan Elcan məktəbə 2007-ci ildə gedib.
“Oxumağa həvəsli idim, valideynlərim məni məktəbə qoydu. Yaxşı oxuyan şagird olmuşam və sinif yoldaşlarımdan fərqlənməmişəm. Ölkənin yeniyetmə tələbəsiyəm, gözəl hissdir”.
E.İsayev qəbul imtahanında göstərdiyi nəticənin ürəyincə olmadığını qeyd edib. Az bal toplamasına səbəb kimi müəllim yanına gedə bilməməsini göstərib.
“Çalışırdım ki, yüksək nəticə göstərim. Maddi imkanın olmadığı üçün müəllim yanına gedə bilmədim. Özüm hazırlaşmışam. Buna görə də az bal topladım. Yığdığım bala uyğun olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin meşəçilik ixtisasına qəbul oldum. Gəncədə oxuyacağam, amma orada qalmağa yerim yoxdur. Kirayə ev axtarırıq. Sözün açığı, kirayə ev tutmağa da imkanımız yoxdur. Ev məsələsini həll etmək üçün kredit götürəcəyik".
Aytən Zəhra
AzVision.az