Yol qəzasında yaralanan 3 nəfər ölüb
![Yol qəzasında yaralanan 3 nəfər ölüb Yol qəzasında yaralanan 3 nəfər ölüb](https://azvision.az/photos/9ce64c0920df6fbb4b0a0cba9fa16d8c_1504695881.jpg)
Bundan başqa sentyabrın 4-də saat 15 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Səxavət Əliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən həmin şəxs sentyabrın 5-də orada ölüb.
Oxşar hadisə paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində də baş verib. Bakı şəhər sakini Abbas Muradov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Şahmar Mehrəliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 5-də orada ölüb. Hər üç faktla bağlı araşdırma aparılır.
AzVision.az