Bakıda maskalılar evə basqın edib
Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Anar Əmirli, Bəhruz Hacızadə, Bərdə rayon sakinləri Natiq Musayev, onun qohumu Elməddin Musayev tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət yolu ilə əldə edilən pul və qiymətli əşyalar isə saxlanılan şəxslər arasında bölünüb. Ev sahibinə məxsus olan “Frank Müller” markalı qol saatı isə dəstə üzvü E. Musayevdən aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: DİN