Toydan qayıdanlar qəzaya düşdülər - Yaralılar var (VİDEO)

Toydan qayıdanlar qəzaya düşdülər - Yaralılar var (VİDEO)
  06 Sentyabr 2017    Oxunub:1841
Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.
Hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində Lerik rayonu, Ambu kənd sakinləri - 45 yaşlı Xumar Məhərrəmova, 54 yaşlı Nazilə Hüseynova və 52 yaşlı Zərifə Dövlətova xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır. (ARB TV)



AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti