Evdə hazırlanmış məhsullardan uzaq durun! - Xəbərdarlıq

Evdə hazırlanmış məhsullardan uzaq durun! - Xəbərdarlıq
  07 Sentyabr 2017    Oxunub:2827
Bu ilin əvvəlindən bu günə qədər 92 qida zəhərlənməsi ilə bağlı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə müraciət edilib.
AzVision.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Yoluxucu şöbənin rəhbəri Gülnarə Babayeva deyib. O bildirib ki, qida zəhərlənmələri əsasən hazırlanmış və soyuducuda saxlanmamış qidalardan, mayonezli salatlardan, qarpızdan olur.

"Kəskin mədə-bağırsaq, yoğun bağırsaq xəstəlikləri ilə bağlı 724 nəfər müraciət edib. Botulizmlə bağlı isə 13 nəfər müraciət edib".

G.Babayeva əhalini evdə hazırlanmış, konservləşdirilmiş məhsullardan uzaq durmağa çağırıb.

"Botulizmdən qorumaq üçün ev şəraitində konservləşdirilmiş məhsullardan istifadə etməsinlər. Marketlərdə kompot və turşular satılır və onlardan istifadə olunsa, yaxşı olar. Həm də bu məhsullar mütəmadi olaraq gigiyena və epidemiologiya nəzarətində olur".

Aytən Zəhra
AzVision.az



Teqlər: Zəhərlənmə  





Xəbər lenti