Lütfi Zadə II Fəxri Xiyabanda dəfn edilə bilər
![Lütfi Zadə II Fəxri Xiyabanda dəfn edilə bilər Lütfi Zadə II Fəxri Xiyabanda dəfn edilə bilər](https://azvision.az/photos/lutfizadeazvis_1504771359.jpg)
Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova AzVision.az-a bildirib ki, böyük ehtimalla alimin cənazəsi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
"Bu barədə bizə rəsmi məlumat daxil olmayıb. Lütfi Zadə ilə bağlı məlumatları Azərbaycanın dövlət orqanlarına göndərəcəyəm. Bundan sonra rəsmi açıqlama veriləcək. Düşünürəm ki, onun cənazəsini İkinci Fəxri Xiyabanda dəfn edəcəklər. Bildiyim qədəri ilə Birinci Fəxri Xiyabanda boş yer yoxdur!- Şahnaz Şahbazova bildirib.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: Lütfi-Zadə