Vəhşi quş saxlayan restoran sahibi cərimələnib

Vəhşi quş saxlayan restoran sahibi cərimələnib
  07 Sentyabr 2017    Oxunub:1430
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Ağrıdağ” istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı qeyri-sərbəst şəraitdə saxlanılan vəhşi sar quşu aşkar edilib.

Araşdırma zamanı həmin quşun təbii mühitdən götürülməsi və saxlanılması barədə rəsmi təsdiqedici sənədin olmadığı məlum olub. Faktla bağlı “Ağrıdağ” istirahət mərkəzinin sahibi Şəmsi İsmayılov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Vəhşi quş isə təbiətə buraxılıb.

AzVision.az


Teqlər: ETSN   cərimə  





Xəbər lenti