Tovuzda 39 nəfər toyda zəhərlənib - Yenilənib

Tovuzda 39 nəfər toyda zəhərlənib - Yenilənib
  08 Sentyabr 2017    Oxunub:3851
Tovuzda toyda 39 nəfər zəhərlənib.
Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, sentyabrın 7-də Tovuz şəhərində yerləşən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı 39 nəfər zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 6-sı uşaq, qalanı isə böyük olub. Zəhərlənənlərin hamısına tibbi yardım göstərilib. Onlardan 26 nəfəri artıq evə buraxılıb, 13 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Zəhərlənmənin salatdan baş verdiyi ehtimal olunur.

***
(00:18)

Tovuzda kütləvi zəhərlənmə olub. 14 nəfər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Müraciət edənlər rayonda olan “Turan” şadlıq sarayında keçirilən toyda iştirak ediblər. Onların toyda yedikləri qidalardan birindən zəhərləndikləri ehtimal olunur.

Zəhərlənən şəxslərin adları müəyyənləşib:

1983-cü il təvıllüdlü Vasif Həsənov
1984-cü il təvəllüdlü Taleh Həsənov
1983-cü il təvəllüdlü Günay Hüseynova
1958-ci il təvəllüdlü Şahin Məmmədov
1984-cü il təvəllüdlü Zöhrab Məmmədov
2008-ci il təvəllüdlü Adilə Hüseynova
1984-cü il təvəllüdlü Elmir Məmmədov
1990-cı il təvəllüdlü Akif Bağırov
2001-ci il təvəllüdlü Gülnar Hüseynova
1959-ci il təvəlüldlü Elmira Qasımov
1989-cu il təvəlüldlü Gültəkin Məmmədova
1967-ci il təvəllüdlü Növrəstə Məmmədova
1980-ci il təvəllüdlü Məhbubə Aslanova
1990-ci il təvəllüdlü Samirə

Məlumata görə, zəhərlənmə əlaməti ilə müraciət edənlərin sayı artır. Gələnlər rayon infeksion xəstəxanasına yerləşdirilir. (APA)

AzVision.az


Teqlər: Tovuz   Toy   Zəhərlənmə  





Xəbər lenti