Akif Əli Lütfi Zadə ilə bağlı sözlərinə görə üzr istədi
![Akif Əli Lütfi Zadə ilə bağlı sözlərinə görə üzr istədi Akif Əli Lütfi Zadə ilə bağlı sözlərinə görə üzr istədi](https://azvision.az/photos/551d27018b043ceffc4d4efc141c22f0_1504861112.jpg)
AzVision.az xəbər verir ki, Akif Əli özünün sosial şəbəkədəki səhifəsində bunları qeyd edib:
ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub.
Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin”!.
AzVision.az
Teqlər: Akif-Əli Lütfi-Zadə