Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində ev yanıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı ümumi sahəsi 120 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.