Bakıda maşın oğruları tutuldu
![Bakıda maşın oğruları tutuldu Bakıda maşın oğruları tutuldu](https://azvision.az/photos/16426548_813409925465980_1601730042_n_1504945736.jpg)
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Anar Musayev və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tutulub və avtomobillə birgə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhvil verilib.
AzVision.az