Mehdiabadda güclü yanğın olub

Mehdiabadda güclü yanğın olub
  10 Sentyabr 2017    Oxunub:4252
Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 600 kvadratmetr olan sexdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hadisə nəticəsində ikimərtəbəli beşotaqlı sexin ikinci mərtəbəsi və dam örtüyü 300 kvadratmetr sahədə və içərisində olan 5 dəzgah yanıb, yüksək temperaturdan 1-ci mərtəbənin lambirdən ibarət arakəsməsi 140 kvadratmetr sahədə əriyib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti